
“Ordu” “Quba”ya qalib gəldi
- 20:00
- 42
Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Quba" "Ordu" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların 96:68 hesablı qələbəsi ilə bitib.
Günün digər matçında "Abşeron Lions" "Gəncə" kollektivi ilə qarşılaşacaq.
Turun açılış matçında "Neftçi" "Şəki"ni 92:68 hesabı ilə üstələyib. Tura oktyabrın 12-də yekun vurulacaq.