“Ordu” “Lənkəran”a qalib gəldi
- 30 Okt 2025 21:15
- 40
Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə "Ordu" "Lənkəran"la qarşılaşıb.
B qrupunun matçında paytaxt təmsilçisi 91:76 hesablı qələbəyə sevinib. "Ordu" 10 xalla birinci, "Lənkəran" 7 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.