NTD daha üç yerli basketbolçunu heyətinə qatıb.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Hüseyn Qaflanov, Maqsud Hümmətov və Məhəmməd Hüseynli ilə anlaşma əldə olunub.


Onların müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.


Qeyd edək ki, gənc basketbolçular peşəkar karyeralarına məhz NTD-də başlayıblar.