“Nottingem Forest” və “Braqa”dan ilk oyunda qələbə
- 00:59
- 32
Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, Portuqaliyanın "Braqa" klubu Almaniya təmsilçisi "Frayburq"u qəbul edib və qalib gəlib.
Digər görüşdə isə İngiltərə komandaları münasibətlərə aydınlıq gətiriblər. "Nottinqem Forest" doğma azarkeşləri önündə "Aston Villa" ilə üz-üzə gəlib və rəqibini tək qolla yenib.
Raundun cavab matçları mayın 7-də keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
30 aprel
Braqa (Portuqaliya) – Frayburq (Almaniya) 2:1
Qollar: Tiknaz, 8. Dorgeles, 90+2 – Qrifo, 16.
Nottingem Forest (İngiltərə) – Aston Villa (İngiltərə) 1:0
Qol: K.Vud, 71-pen.