
Norveç millsinin üzvü İngiltərə klubunda
- 02 Avq 2025 19:00
- 46
“Vulverhempton” heyətini Norveç millisinin müdafiəçisi David Möller Volfla gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
23 yaşlı futbolçu “AZ Alkmaar”dan transfer olunub. Keçidin məbləği 12 milyon avro təşkil edib və onunla müddəti 5 il olan müqavilə imzalanıb.
Volf son mövsüm “AZ Alkmaar”ın heyətində 47 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə verib. O, Norveç millisinin də əsas heyət üzvüdür.
“Vulverhempton” Premyer Liqadakı yeni mövsümə avqustun 16-da “Mançester Siti”yə qarşı ev oyunu ilə başlayacaq.