"Santos" futbolçusu Neymarla müqaviləsini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


33 yaşlı hücumçu ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb. Müqavilədə əməkdaşlığın uzadılması variantı da qeyd olunub. 


Neymar "Santos"un yetirməsidir. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə hücumçu "Barselona"ya keçib. Forvard daha sonra PSJ və "Əl-Hilal"ın formasını geyinib. Neymar 2025-ci ilin yanvarında azad agent kimi "Santos"a qayıdıb. Ümumilikdə o, komandanın heyətində bütün yarışlarda 237 matça çıxıb, 139 qol vurub və 69 məhsuldar ötürmə verib.