
“Nəticəyə görə xoşbəxtəm” - Rebrov
- 01:30
- 39
Ukrayna millisi bu gün DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Polşanın Krakov şəhərində nominal meydan sahibi kimi Azərbaycan yığmasını qəbul edib.
Rekord.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrovun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı xoşbəxt olduğunu bildirib:
“Anlayıram və xoşbəxtəm ki, belə nəticə əldə etmişik. Oyun çox gərgin keçirdi və hər iki komanda qələbə qazanmaq istəyirdi. Sevinirik ki, üç xal qazandıq. Və bildiyinizə görə, bizim beş oyunçumuz müxtəlif səbəblərdən bu matcda iştirak edə bilmirdi.
Başa düşürəm ki, bu oyunu udmaq bizə çətinliklə başa gəldi. Oyunçuların çoxu yox idi. İlk hissədə çalışırdıq ki, yaxşı oyun göstərək.
Heç zaman deməmişəm ki, Azərbaycan millisi zəif rəqibdir. İnanıram ki, gələcəkdə yaxşı oyunlar göstərəcəklər.
Oyun çox güclü gedirdi, rəqib də çox ciddi hazırlaşmışdı. Oyunçularımızla söhbət aparmışdıq və bilirdik ki, hər iki komanda necə hazırlaşıb bu oyuna.
İlk növbədə, gözləyirəm ki, beş futbolçum zədədən qayıtsın. Mənim komandam həmişə qələbələrə oynayıb. Gözləyirik ki, oyunçularımız qayıdandan sonra daha yaxşı performans göstərək.
Ən xoşuma gələn odur ki, jurnalistlərdən xoş xəbərlər gəlsin, incidici suallar olmasın. Ona görə, çalışacağıq ki, sizi sevindirək”.
QEYD: Səfər Mislinin maliyyə dəstəyi ilə baş tutur