
Nəriman Axundzadə millinin heyətindən çıxarıldı
- 14:30
- 45
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadəb xəbər verir ki, futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Komandamız DÇ-2026-nın seçmə mərhələsində, sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək. Milli sentyabrın 5-də səfərdə İslandiyaya beş cavabsız qolla uduzub.