
“Neftçi”nin yeni transferi təlim-məşq toplanışına qoşuldu
- 30 İyl 2025 17:30
- 61
“Neftçi”nin yeni transferi Alessio Kurçi komandanın Polşanın Keltse şəhərində davam edən təlim-məşq toplanışına qoşulub.
Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.
Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan bugünkü hazırlıq prosesində Lüksemburq millisinin hücumçusu da iştirak edib.
“Hapoel" (Təl-Əviv, 1:1) və “Termalitsa" (Nyeçetşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Komanda sonuncu matçını avqustun 1-də Kiprin AEL klubuna qarşı keçirəcək.