"Neftçi"nin sabiq futbolçusu Rusiyanın məşhur saytında
- 21 İyn 2022 10:22
- 634
Rusiya mətbuatı millidə ilk rəsmi oyununu keçirmiş futbolçular haqda yazıb.
Rekord.az "championat.ru"ya istinadən xəbər verir ki, həmin siyahıda Azərbaycan futbolunun təmsilçisinə də yer verilib.
Belə ki, Bakıda dünyaya göz açan Vladislav Lemişin Rusiya millisindəki debütü haqda yazılıb. 1992-ci ildə Rusiya millisi Moskavada Meksika ilə yoxlama matçı keçirib və 2:0 hesabı ilə qalib gəlib.
Matçın 80-cı dəqiqəsində isə meydana “Neftçi”nin sabiq futbolçusu Vladislav Lemiş çıxıb. Rusiyalı həmkarlarımız “ağ-qaralar”ın keçmiş forvardı barədə bunları qeyd edib: .
"Bakılı Lemiş Rusiya və Azərbaycan millisində bir oyun oynamışdı. Çətin ki, o, tərcümeyi-halı ilə qane olsun.
O, “Torpedo”nun heyətində bir oyuna belə çıxmamışdı. ÇSKA-da isə möhkəmlənə bilməyərək Primero klubu “Espanyol”a yollanmışdı.
Sonradan isə Sequndada “Palamos”da çıxış etdi. Son illərdə Vladislav Krasnodarda həvəskar komandaları çalışdırırdı, tələbələr yetişdirirdi.
Özü də elə bu şəhərdə də yaşayırdı. Lemişin ölüm xəbəri futbol ictimaiyyətindəki çox insanı sarsıtmışdı. O, sovetlər dönəmində istedadlılardan hesab edilirdi”.
Lemiş 1987-ci ildə SSRİ yığmasının heyətində U-17 yığmaları arasında keçirilən dünya çempionatındakı çıxışı ilə daha çox yadda qalmışdı. Lemiş ötən il sentyabrın 30-da vəfat edib.
