"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç Monteneqro klubu ilə anlaşıb.


Rekord.az "Vijesti"yə istinadən xəbər verir ki, mütəxəssis "Buduçnost"un baş məşqçisi təyin ediləcək.


19 turdan sonra 10 komanda arasında 7-ci yerdə qərarlaşan "Buduçnost" cari mövsümdə artıq 4 baş məşqçi dəyişdirib.


Qeyd edək ki, Miodraq Bojoviç 2023/2024 mövsümündə "Neftçi"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.