UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstan çempionu “Dinamo” (Tiflis) heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub sabiq yarımmüdafiəçisi Nodar Kavtaradzeni heyətinə qatıb.

Bu barədə Tiflis təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kavtaradze ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalanıb.

Kavtaradze daha əvvəl 2017 və 2019-cu illərdə də "Dinamo"da çıxış edib və 35 oyuna 14 qol vurub.

Qeyd edək ki, "Neftçi" "Dinamo" ilə ilk oyununu iyulun 7-də səfərdə, cavab matçını isə iyulun 14-də Bakıda keçirəcək.