
“Neftçi”nin futbolçusuna bir oyunluq cəza
- 27 Avq 2025 16:40
- 55
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi-2” – “Şamaxı-2” oyununun 69-cu dəqiqəsində “Neftçi-2” komandasının 57 nömrəli futbolçusu Mirşahbaz Şahbazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 52-ci dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilib.
“Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Elnur Mustafayevin formasında nömrəsi sifariş ərizəsindəki nömrəsindən fərqli olduğuna görə “Qəbələ-2” komandası 300 manat cərimə edilib.