
“Neftçi”nin futbolçusu mövsümün ilk oyununu buraxacaq
- 15 Avq 2025 23:00
- 40
"Neftçi" Premyer Liqanın 1-ci turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Avqustun 16-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.