Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb.

Lyublyana təmsilçisi ilə görüş “Kodeljevo Sport Ljubljana” stadionunda baş tutub. Oyunda hesabı “Neftçi” açıb. Amma 1-ci dəqiqədə vurulan həmin qolun cavab elə 1 dəqiqə keçən kimi verilib. Qalan dəqiqələrdə isə başqa qol qeydə alınmayıb və görüş heç-heçə yekunlaşıb.

“Neftçi” toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” iyunun 25-də Macarıstanın “Fehervar” komandası ilə üz-üzə gələcək. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Yoxlama oyunu
21 iyun

Olimpiya (Sloveniya) – Neftçi 1:1

Neftçi: 30. Aqil Məmmədov (12. Kamran İbrahimov, 46), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç (70. Asim Əlizadə, 62), 7. Namiq Ələsgərov (11. Harramiz, 58), 8. Emin Mahmudov (k) (10. Sezar Meza Kolli, 58), 20. Mert Çelik, 24. Yusuf Laval (80. İsmayıl Zülfüqarlı, 62), 26. Ömər Buludov, 29. Sabir Buqrin (72. Emin Zamanov, 62), 36. Mamadu Kane (19. Fəhmin Muradbəyli, 62), 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbəzadə, 22. Mirabdulla Abbasov.