
“Neftçi”dən ayrılan futbolçu Afrika klubunda
- 10:30
- 31
"Neftçi"nin bu yay yollarını ayırdığı Dembo Darbonun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, qambiyalı hücumçu Liviyada oynayacaq.
27 yaşlı forvard "Əl-Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Tripoli təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
2024-cü ilin avqustunda "Neftçi"yə transfer olunmuş Darbo iyun ayında komandadan ayrılıb. O, “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.