
“Neftçi”də yeni müqavilə
- 14:20
- 45
"Neftçi" klubu qapıçısı ilə Emil Balayevlə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
“Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, milli komandanın heyətində 14 oyun keçirib.