“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
- 15:40
- 22
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 29-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib.
“Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Sabah” komandası 1000 manat cərimə edilib.
“Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilib.
“Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilib.