
“Neftçi” Şeydayevlə vidalaşdı
- 10 Sen 2025 21:00
- 42
“Neftçi” PFK və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.
2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.