Azərbaycan Basketbol Liqasında 2-ci tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, günün yeganə matçında A qrupunda qərarlaşan "Neftçi" və "Şəki" komandaları üz-üzə gələcəklər.


Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


Tura oktyabrın 12-də yekun vurulacaq. "Neftçi" və "Şəki" A qrupunda 1 xalla 5-6-cı yerləri bölüşürlər.