"Neftçi" Qarayevi transfer etdi
- 15:00
- 25
"Neftçi" basketbol klubu Ramazan Qarayevi heyətinə qatıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
19 yaşlı basketbolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, 202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.