
"Neftçi" ilə şərt kəsib?
- 13:00
- 71
"Neftçi" Fil Dişi Sahili millisinin futbolçusu İdrissa Dumbiya ilə demək olar, razılığa gəlib.
Rekord.az-a daxil olan məlumata görə, futbolçunu Azərbaycana gəlmək üçün razı salmaq heç də asan olmayıb.
İlk növbədə onu maddi cəhətdən razı salmaq lazım idi. Əldə etdiyimiz məlumata görə, futbolçu yüksək əmək haqqı tələb edib. Lakin sonradan razılıq belə olub ki, futbolçu ilə 1 illik müqavilə bağlanır. Əgər Dumbiya qışa qədər özünü doğurulda bilsə, o zaman qışdan sonra maaşında bir qədər də artım olacaq. Futbolçu son olaraq buna da razılıq versə, onunla müqavilə bağlanacaq.