Bildiyiniz kimi, dünən "Neftçi"nin Müşahidə Şurasının iclasıkeçirilib və şuranın tərkibində dəyişikliklər edilib. MŞ-in yeni  sədri SOCAR prezidenti Rövşən Nəcəf olub. O, Çingiz Abdullayevi əvəzləyib. Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev da yeni qurulan heyətdə yer alıb. Digər yeni simalar isə Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov olub. Belə ki,onlatr da Müşahidə Şurasına yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb. 

Bütün bu dəyişikliklər nəyə hesablanıb və nə vəd edir? Məlum olduğu kimi, Sadıq Sadıqovun prezident postundan gedişindən sonra "Neftçi"də yeni dönəm başlamışdı. Klubda Müşahidə Şurası yaradılmış, xalq yazıçısı Çingiz Abdullayev ora sədr təyin edilmişdi. Bir müddət sonra isə "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev "ağ qaralar"ın prezidenti postuna gətirilmişdi. Bütün bu proseslərdən sonra paytraxt klubu AFFA-nın, daha da konkret desək, o vaxtkı baş katib Elxan Məmmədovun nəzarətinə keçmişdi. Məhz həmin gündən də klubun uğursuz dönəmi başlamışdı. Dəfələrlə baş məşqçi dəyişiklikləri, heyətlə bağlı dəyişikliklər olsa da, ciddi uğur qazanılmamışdı. Yalnız bir dəfə, 2020-21 mövsümündə komanda son anda çempion adını qazana bilmişdi. Lakin həmin il avrokuboklarda biabırçı çıxış edərək azarkeşlər və futbol ictimai tərəfindən ciddi təzyiqlə üzləşmişdi. Böyük əksəriyyət klubun uğursuz çıxışlarını,çempionluq mübarizəsində "Qarabağ"a aşkar şəkildə məğlubyyətini klubun idarəçiliyində olan yalnışlıqlarla bağlayırdı. Kİ, burada da əsas söz sahibi məzh Elxan Məmmədov idi. Lakin AFFA-da, Azərbaycan millisində olduğu kimi, deyəsən "Neftçi"də də Məmmədov dönəmi bitmək üzrədir. Hər halda, SOCAR prezidentinin birbaşa sədr olaraq, "Neftçi"nin başına keçməsi, bunu deməyə əsas verir. O şəxs ki, bir müddət öncə Rövnəq Abdullayevun yerinə təyin edilmişdi. Rövşən Nəcəfin futbola nə dərəcədə bağlı olub-olmadığı, futbol idarəçiliyində nə dərəcədə uğurlu olub-olmayacağını zaman göstərəcək. Lakin adamın sədr postunda məhz özünün əyləşməsi onu deməyə əsas verir ki, Nəcəf futbola biganə insan deyil. Əgər belə olsaydı posta özünə yaxın bildiyi başqa bir şəxsi təyin edərdi. Demək ki, SOCAR prezidenti bundan sonra həm də "Neftçi" ilə yaxından maraqlanmağı düşünür. Bu isə ölkənin ən köklü klubunun Elxan Məmmədovun nəzarətindən çıxması anlamına gəlir. Müşahidə Şurasındakı köklü dəyişiklik də bunu deməyə əsas verir. Köhnələrdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov qalıb ki, Qəhrəmanov onsuz da SOCAR-ın təmsilçisi idi və sözügedən qurumun adamı sayılır. Qurbanov isə klubun veteran futbolçusudur və həm futbol adamı, həm də veteran olduğu üçün klubda saxlanılması məntiqlidir. Hər halda, ümid edək ki, yenilənmiş heyətin fəaliyyəti "Neftçi"nin bundan sonrakı çıxışlarında və nəticələrində də öz müsbət təsirini göstərəcək. "Neftçi" adına "xeyirli olsun" deyək!

 

Anar XANLAROV