“Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir.


Rekord.az xəbər verir ki, komanda üzvləri Kiprin AEL klubuna qarşı sabah keçirəcəyi yoxlama oyunundan əvvəl son məşqə çıxıblar.


Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) başlanacaq matç Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutacaq.


Bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.