Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yay birinciliyinə start verilib.

Rekord.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarış Bakı Dövlət Cıdır Meydanında keçirilir.

Turnirin açılışında gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

İki gün davam edəcək yarışda 10-15 və 15-21 yaş kateqoriyaları üzrə məktəblilərlə yanaşı, atçılıq klublarının idmançıları da mübarizə aparırlar.