Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun Moskva “Lokomotiv”indən Türkiyənin “Qalatasaray” klubuna transferi tamamlanıb.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçunun keçidi 25 milyon avroya başa gəlib.

Transfermarkt portalının məlumatına görə, Batrakov bu göstərici ilə tarixdə ən yüksək məbləğə transfer olunan ikinci rusiyalı futbolçu olub.

Siyahıya 2018-ci ildə SSKA-dan “Monako”ya 30 milyon avroya keçən Aleksandr Qolovin başçılıq edir. Üçüncü pillədə isə 2009-cu ildə SSKA-dan “Çelsi”yə 21 milyon avroya transfer olunan Yuri Jirkov qərarlaşıb.

Qeyd edək ki, “Qalatasaray” Batrakovun transferini avqustun 20-də rəsmən açıqlayıb. Yarımmüdafiəçi ilə 2031-ci ilə qədər müqavilə imzalanıb. Onun Türkiyə klubunda illik maaşı 3,25 milyon avro təşkil edəcək.