Ölkəmizin də ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin yekun heyəti bəlli olub. "Rekord.az" xəbər verir ki, C qrupunda yer alan yığmamız baş məşqçisi Faiq Qarayevin rəhbərliyi ilə doğma meydanda mübarizə aparacaq. Komandamızın kapitanı isə Ayşən Abduləzimovadır. 

Azərbaycan millisinin yekun heyəti: 

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova

Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova.

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov 

Qeyd edək ki, Bakıda C qrupunun oyunları keçiriləcək. Qrup mərhələsi 21-28 avqust tarixlərində baş tutacaq.