“Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
- 17:30
- 34
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 000 bilet satılıb.
Bu barədə Rekord.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.