Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb.

Bu barədə Rekord.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

Birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.

O, toplamda isə 155 kq nəticə ilə növbəti bürünc medal qazanıb.