İsveçin “Malmö” klubu futbolçusu Salifu Sumanı yenidən icarəyə verib.

Rekord.az xəbər verir ki, qvineyalı vinger “Panetolikos”a keçib. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Suma 2027-ci ilin yayına kimi  yeni komandasında çıxış edəcək.

22 yaşlı futbolçu 2023-2025-ci illərdə “Zirə”də oynayıb. O, 2025-ci ilin yayında 1.3 milyon avro qarşılığında “Malmö”yə transfer edilmişdi..Qvineya millisinin üzvü ötən mövsümün ikinci hissəsində icarə əsasında Polşanın "Radomiak" klubunda keçirib.