Həmyerlimiz qitə birinciliyinə təyinat alıb
- 13:32
- 44
Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev qadın voleybolçuların Avropa çempionatında ölkəmizi təmsil edir.
F.Ağayev A qrupunun oyunlarında iştirak edəcək. Həmyerlimiz 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq bu qrupun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi meydana çıxacaq.