Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

Rekord.az xəbər verir ki, hücumçu Xorvatiyada "Hayduk"a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.

Forvard 27-ci dəqiqədə meydan sahiblərini məyus edib. Mahirin 90 dəqiqədə meydanda olduğu görüşdə qalib müəyyənləşməyib – 2:2.

Xatırladaq ki, Mahir Emreli iyulun 17-də "Rakuv"a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur.