"Naxçıvan" basketbolçusu Camaal Brentli ilə yeni müqavilə imzalayıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.


Amerikalı oyunçu ilə yeni müqavilənin müddəti 1 illikdir.


198 sm boya malik 34 yaşlı Camaal Brentli 2024/2025 mövsümündə "Neftçi" forması ilə Azərbaycan Basketbol Liqasının gümüş medalını qazanıb.