
“Naxçıvan” “Sumqayıt”a qalib gəldi
- 12 Okt 2025 23:00
- 42
Azərbaycan Basketbol Liqasının 2-ci turuna yekun vurulub.
Rekord.az xəbər verir ki, günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 103:89.
Günün ilk matçında "Sərhədçi" "Lənkəran"dan üstün olub - 84:70.
Turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.