“Naxçıvan” “Quba”ya qalib gəldi
- 16:31
- 44
Azərbaycan Basketbol Liqasında 5-ci turun daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, B qrupunun oyununda "Naxçıvan" "Quba" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.