“Mingəçevir”ə 960 manatlıq cərimə
- 16:15
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.
“Mingəçevir” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” komandası 750 manat cərimə edilib.
“Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.
“Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” komandası 600 manat cərimə edilib.
MOİK – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilib.