"Mingəçevir" Premyer Liqa üçün hansı stadionu təqdim edib?
- 13:00
- 78
Hazırda I Liqada 2-ci pillədə gedən "Mingəçevir" Premyer Liqa şansını qoruyur.
Rekord.az xəbər verir ki, bu komanda ən azı mövsümü bu sırada tamamlasa, o zaman Premyer Liqanın 11-cisi ilə pley-off matçında üz-üzə gələcək.
Futbolda hər şey mümkündür və ola bilsin ki, "Mİngəçevir" bir oyunluq həmin matçda qalib gəlməklə, Premyer Liqaya yüksəlsin. Bəs bu baş verərsə, Mingəçevir təmsilçisi ev oyunlarını harada keçirə bilər? Çünki Mingəçevirdəki stadion hazırda elita tələblərinə cavab vermir. Əldə etdiyimiz məlumata görə, əgər "Mingəçevir" Premyer Liqaya vəsiqə qazana bilsə, o zaman ev oyunlarını Yevlaxda oynayacaq.