"Mingəçevir" Premyer Liqa üçün hansı stadionu sifariş verdi?
- 15:00
- 58
Hazırda I Liqada 3-cü yerdə olan və pley-off şansını saxlayan "Mingəçevir" də lisenziyalaşdırma ilə bağlı sənədlərini AFFA-ya təqdim edib.
Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi əsas stadion kimi məhz Mingəçevir stadionunu qeyd edib.
Bildiriblər ki, əgər komanda elitaya vəsiqə qazansa, o zaman qısa müddətdə öz stadionlarını Premyer Liqa standardlarına uyğun səviyyəyə çatdıracaqlar.