Moldova millisinin baş məşqçisi Sergey Kleşenko istefaya göndərilib.


Rekord.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyası məlumat yayıb.


53 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb yığmanın DÇ-2026-nın seçmə mərhələsində Norveçə 1:11 hesabı ilə uduzması olub.


Moldova millisi Kleşenkonun rəhbərliyi altında 38 oyun keçirib, 12 qələbə, 8 heç-heçə və 18 uduzub. O, 2021-ci ildən bu komandanı çalışdırırdı.