Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" basketbol komandası heyətinə daha bir oyunçu qatıb.

Bu barədə Rekord.az-a paytaxt təmsilçisindən məlumat verilib.

Komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

23 yaşlı hücumçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə "Gəncə"də çıxış edib.