Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:


9 sentyabr

 

Azərbaycan - Ukrayna

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00

Baş hakim: Vassilis Fotias

Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos

(Hakimlər briqadası Yunanıstandandır)