17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.


Rekord.az xəbər verir ki, U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

 

U-17-yə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:


1. Ülvi Abbaslı - Sumqayıt

2. Oqtay Mehrəliyev - Qarabağ

3. Əkbər Əhmədov - Sabah

4. Qüdrət Qarayev - Kəpəz

5. Ruslan Quliyev - Neftçi

6. Vaqif Nəbiyev - Qarabağ

7. Əbubəkir Abdullayev - Sabah

8. Roman Fərzəli - Qarabağ

9. Arda Əzizli - Qarabağ

10. Vaqif Məmmədli - Sabah

11. Tunar Bayramov - Qarabağ

12. Nazim Əliyev - Srvena Zvezda (Serbiya)

13. Əhəd Hacızadə - Qarabağ

14. Yusif Orucəliyev - Qarabağ

15. Nihad Hüseynzadə - Sabah

16. Şikar Şikar - Neftçi

17. Firdovsi Şeydayev - Sabah

18. Nicat Əhmədzadə - Marset (İspaniya)

19. Rəsul Balakişiyev - Marset (İspaniya)

20. Ümid Əliyev - Hueska (İspaniya)

21. Amin İmanverdiyev - Osense (İspaniya)

22. Tunar Əsgərzadə - Qarabağ

23. Ömər Kosayev - Sumqayıt

24. Yusif Quliyev - Marset (İspaniya)

25. Ruslan Əbilov - Sabah

26. Hikmət Mirzə - Nastik İdman Akademiyası (İspaniya)


25 aprel

14:30. Rusiya (U-17) – Azərbaycan (U-17)

“Namıs” stadionu, BIIK İdman Kompleksi

 

27 aprel

14:30. Azərbaycan (U-17) – Qazaxıstan (U-17)

“Namıs” stadionu, BIIK İdman Kompleksi

 

30 aprel

09:30. Pakistan (U-17) – Azərbaycan (U-17)

“Namıs” stadionu, BIIK İdman Kompleksi

 

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.