
Millimiz Ukrayna yığmasına məğlub oldu
- 00:41
- 41
Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
Sports.az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olub.
Polşanın “Krakoviya” stadionunda keçirilən qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edib.
Bu komandaların Bakıdakı görüşündə qalib müəyyənləşməmişdi - 1:1. Bu üzdən də Sergey Rebrovun çalışdırdığı rəqib komanda “ev” oyununda qələbə qazanmağı hədəfləmişdi. Amma Ayxan Abbasovlu millimiz də bu görüşdə ən azı uduzmamaq istəyirdi. Üç qolun qeydə alındığı oyunda ukraynalılar qələbə qazanıblar.
Bu gün keçirilən D qrupunun digər oyununda İslandiya Fransanı qəbul edib. Bu görüşdə isə qalib müəyyənləşməyib - 2:2.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr
Ukrayna – Azərbaycan 2:1
Qollar: Aleksey Qutsulyak, 30. Ruslan Malinovski, 64 – Nəriman Axundzadə, 45+3.
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
Polşa. “Krakoviya” stadionu. Saat 22:45.
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 8. Ruslan Malinovski, 9. Aleksey Hutsulyak, 11. Artyom Dovbik, 13. İlya Zabarnı, 15. Oleq Oçeretko, 16. Vitali Mikolenko, 18. Yeqor Yarmolyuk, 19. Nazar Voloşin, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Georgi Buşçan, 23. Dmitro Rıjnik, 3. Boqdan Mixayliçenko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 6. Volodimir Brajko, 7. Vladislav Vanat, 10. Mikola Şaparenko, 14. Aleksandr Nazarenko, 17. Artyom Bondarenko, 20. Vladislav Veleten, 21. İvan Kalyujnı.
Baş məşqçi: Sergey Rebrov.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Faiq Hacıyev, 6. Murad Xaçayev, 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 20. Səbuhi Abdullazadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.