Misli Premyer Liqasının IX turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb. Premyer Liqada 2-ci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1.


İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub.


“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında əldə olunub – 1:0.