Tarixdə 30-cü: 40 qolla
- 13:00
- 37
Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.
Rekord.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib. Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.