Millimiz Polşaya qalib gəldi, 1/4 finala çıxdı
- 03 İyn 2026 22:00
- 240
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçlarını keçirib.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gəlib.
Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız qrup mərhələsindəki sonuncu matçında Polşa millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komandamız turnirin pley-in mərhələsinə vəsiqə qazanıb. Millimiz 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə mübarizə aparacaq.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.