
Millimiz Monteneqro yığmasına qalib gəldi
- 18:40
- 33
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Rekord.az xəər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.