
Millimiz İslandiyada darmadağına üzüldü
- 00:37
- 56
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, millimiz seçmə mərhələnin D qrupunda qərarlaşıb.
Komandamız ilk turda İslandiya ilə qarşılaşıb. Fernandu Santuşun yetirmələri ilk oyuna səfərdə çıxıblar. Reykyavikdə keçirilən oyun komandamız üçün uğursuz alınıb. Meydan sahibləri 5 cavabsız qolla qalib gəliblər.
Bu gün D qrupunun digər oyununda Fransa yığması Ukraynanın qonağı olub və 2:0 hesabıyla qalib gəlib.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
5 sentyabr
İslandiya - Azərbaycan 5:0
Qollar: Palsson, 45+2. Yohannenson, 47; 56. Qudmundsson, 73. Hlinsson, 73.
Baş hakim: Sander van der Eyk (Niderland).
“Lauqardalsvöllur” stadionu.
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen.
Baş məşqçi: Arnar Qunnlauqsson.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev.
Baş məşqçi: Fernandu Santuş.