Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.


Rekord.az xəbər verir ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.