Millimiz beynəlxalq yarışda çıxış edəcək
- 2021-08-02 10:50
- 634
Qadın voleybolçularsan ibarət Azərbaycan millisi qitə birinciliyi öncəsi qüvvəsini beynəlxalq turnirdə sınayacaq. "Rekord.az" xəbər verir ki, komandamız Macarıstanda təşkil olunacaq "SAVARİA" beynəlxalq turnirdə yarışacaq.
Avqustun 5-7-də keçiriləcək yarış dairəvi sistemlə baş tutacaq. Millimizin rəqibləri ev sahibləri ilə yanaşı, Niderland və Çexiya yığmaları olacaq.
Voleybolçularımız avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək.